turklehceleri.org

mürəxxəs

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

mürəxxəs

sif. [ər.] Rüsxət verilmiş, izin almış, azad edilmiş; azad, izinli, rüsxətli (əsasən şəxs sonluqları ilə işlənir). Elə ki bu əmal tamam oldu, mollabaşı xalqa elan etdi ki, mürəxxəssiniz! M.F.Axundzadə. [Əliməmməd ağa] Səfərə bir neçə sual verib: – Mürəxxəssən! – dedi. Çəmənzəminli. [Pəri cadu:] Di, mürəxxəssiniz, gedə bilərsiniz. Ə.Haqverdiyev. • Mürəxxəs etmək (eləmək) – çıxıb getməsinə icazə vermək, rüsxət vermək, azad etmək. [Yusif Sərrac] əfradi-məclisi mürəxxəs etdi, məclis dağıldı. M.F.Axundzadə. [Mirzə Mustafa:] İndi məni mürəxxəs elə, gedim. E.Sultanov. Mürəxxəs olmaq – çıxıb getmək, azad olmaq. Elə ki, məclis qurtardı, hamı darıldı, Cünun da durub paşanın hüzurundan mürəxxəs oldu. “Koroğlu”.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

mürəxxəs

izinli, rüsxətli, icazəli
{izinli, ruhsatlı, icazetli}


Axir izdelgen sözler: