turklehceleri.org

mühəyya

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

mühəyya

sif. [ər.] Mövcud olan, hazır olan; mövcud, hazır. Böyük şəhərdə .. dünyanın hər bir neməti, yeməli və içməli qəbilindən .. həməvaxt şəhər əhli üçün mühəyyadır. C.Məmmədquluzadə. • Mühəyya etmək (qılmaq) – hazır etmək, hazırlamaq. [Rəiyyət] bizə .. lazım olan mayehtacı mühəyya qıldıqları kimi biz də əvəzində borcluyuq ki, bunlara .. qulluq edək. F.Köçərli. [Pəri:] Anam .. lazımi şeylərin hamısını mühəyya edib, toy bu günlərdə başlanasıdır. C.Cabbarlı. Mühəyya olmaq – hazır olmaq, hazırlanmaq. [Turxan bəy Marala:] Canın nə istərsə, qəlbindən nə keçirsə, bir an içində mühəyya olur, mələkim! H.Cavid. Mühəyya olunmaq – hazır edilmək, hazırlanmaq. [Nəçərnik] dilcavabı hökm eləmişdi ki, .. məktəbdən ötrü səmtli dam mühəyya olunsun. C.Məmmədquluzadə.


Axir izdelgen sözler: