mühakimə
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
mühakimə
is. [ər.]
1. Bir şey haqqında fikir, mülahizə, nöqteyi-nəzər. Camaat, şükür Allaha, öz fikriniz, mühakiməniz var. C.Məmmədquluzadə. • Mühakimə yürütmək – müəyyən fikir yeritmək, fikir söyləmək, mülahizə yürütmək. [Surxay] öz dostuna qarşı ittihamkar mühakimələr yürüdürdü. İ.Əfəndiyev.
2. hüq. Məhkəmədə işə baxma. Mühakimənin gedişi. – Eyni zamanda iki otaqda mühakimə gedirdi. Mir Cəlal. • Mühakimə etmək (eləmək) – məhkəmədə işinə baxmaq. [Muxtar Firəngizə:] Bağışlanmaz bir canini mühakimə edərkən belə təqsirnaməsini ondan gizlətmirlər. B.Bayramov. Mühakimə olunmaq – məhkəmədə işinə baxılmaq. Cani mühakimə olundu. – Qanun üzrə mühakimə olundu; Fərman çıxdı, asılsın, hökm oxundu. A.Səhhət. Hümmətgilin bu gün kənddə mühakimə olunacağı xəbəri bircə saatın ərzində bütün el-obaya yayıldı. B.Bayramov.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
mühakimə
I. mülahizə, fikir, düşüncə, ağıl, idrak, dərrakə
{mülahaza, fikir, düşünce, akıl, idrak, anlayış}
II. hökm
{hüküm}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
mühakimə
muhakeme, yargı