mübhəm
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
mübhəm
sif. [ər.] Qeyri-müəyyən, gizli, qaranlıq, naməlum, üstüörtülü, anlaşılmaz, hər cür yozula bilən, hər cür başa düşülə bilən. Mübhəm söz. – Vəsl qədrin bilmədim hicran bəlasın çəkmədən; Zülməti-hicr etdi çox mübhəm işi rövşən mana. Füzuli. [Şeyx Sədra:] İki mübhəm sözün nə qiyməti var?! Böylə sərsəm əqidədən nə çıxar? H.Cavid. İçəridəki lal və mübhəm sükutu müxtəlif saatların çıxardığı zəif və ahəngdar çıqqıltı səsləri pozurdu. A.Şaiq.