mübarəkbadlıq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
mübarəkbadlıq
is. Təbrik etmə, gözaydınlığı vermə; təbrik, gözaydınlığı. Pəri xanım və qarabaş, Əhmədin əynində nişan paltarını görəndə sevindiklərindən özlərini itirib, mübarəkbadlığı da yadlarından çıxartdılar. (Nağıl). Sizin toyunuzun mübarəkbadlığı da doğma övladımızın xeyir işi kimi bizə xoşdur. Mir Cəlal. • Mübarəkbadlıq etmək – təbrik etmək, gözaydınlığı vermək. Afərin səsi asimana bülənd oldu, hamı mübarəkbadlıq elədi. “Abbas və Gülgəz”. Hələ məclis açılmamış vəkillər bir-birilə görüşür, mübarəkbadlıq edir. M.İbrahimov. Mübarəkbadlıq vermək – bax. mübarəkbadlıq etmək. ..Hamısı bu gün dilbir olublar ki, mənə mübarəkbadlıq versinlər ki, bu gün mənim düdüyüm səs çıxardıb. C.Məmmədquluzadə.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
mübarəkbadlıq
kutlamak