turklehceleri.org

mübarək

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

mübarək

sif. [ər.]
1. Xoş bir xəbər, təzə alınan şey və ya bayram münasibətilə deyilən təbrik, gözaydınlıq sözü. Bayramınız mübarək! Təzə paltarın mübarək(dir)! Toyunuz mübarək! – [Müəllif:] Hərdənbir uşaqlardan biri qardaşımın papağını başından alıb yerə vuranda “mübarək, mübarək!” – deyə çığırırdıq. T.Ş.Simurq.
2. Müqəddəs, əziz, hörmətli, layiqli. Mübarək üz. – Görürəm mən yuxumda hər axşam; O mübarək məkanı çox sevirəm. A.Səhhət.
3. Uğurlu, xoş, yaxşı. Məmməd bəy falı açdı. Falda görülən şeirləri farsca hacıya oxudu: “Çox mübarək faldır”, – deyə hacıya müjdə verdi. M.S.Ordubadi.
4. Bəzən istehza ilə bir adam və ya bir şey haqqında işlənir. Oğlan tərs-tərs Səttara baxdı: – Paho! Bu mübarək haradan çıxdı? Boyuna bax, yekə-yekə danışmağına bax! P.Makulu. ‣ Mübarək olsun! – bax. Allah mübarək eləsin! (“Allah”da). Eyvanın, otağın mübarək olsun; İmarəti al qumaşdı, Annax bəy! Aşıq Ələsgər.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

mübarək

uğurlu, xeyirli, xoşbəxt
{uğurlu, hayırlı, kutsal}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

mübarək

mübarek


Axir izdelgen sözler: