turklehceleri.org

mötəbər

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

mötəbər

sif. [ər.]
1. Etibarlı, inanılan, inanıla biləcək, etibar edilən. Mötəbər mənbələrə görə... – [Ağa Kərim:] ..Bu saatda hakimi-şər yanında Ağa Mərdandan mötəbər kimsənə yoxdur. M.F.Axundzadə. Bir neçə mötəbər, bu işdən xəbərdar adamlar tapılıb. C.Cabbarlı.
2. Hörmətli, xatiri sayılan, sözü keçən, tanınmış, sözünə və təmizliyinə etibar olunan, nüfuzlu. Qayda üzrə cıdırdan sonra bayram qurtarar və saraydan .. sərkərdələrə və mötəbər şəxslərə xələt-barat gedirdi. Çəmənzəminli. // Nüfuzlu, tanınmış. Şəhərin mötəbər həkimləri çağırıldı, Arzu qıza müalicə edilməyə başlandı. S.Rəhimov.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

mö’təbər

I. ə’tibarlı, nüfuzlu, hörmətli
{itibarlı, etkili, saygın}

II. doğru, düzgün, səhih, dəqiq
{doğru, düzgün, sahih, açık}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

mötəbər

güvenilir, muhakkak, muteber, saygın


Axir izdelgen sözler: