turklehceleri.org

möhnət

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

möhnət

is. [ər.]
1. Zəhmət, əziyyət, qayğı, ağırlıq, dərdi-sər. Möhnəti artmaq. – Böyükxanım:] Qulamxan, bundan sonra belini bərk bağla! İndi iki evin möhnəti düşdü sənin belinə. M.S.Ordubadi. • Möhnət çəkmək – əziyyət çəkmək, zəhmət içində olmaq; dərdi-sər çəkmək.
2. Dərd, qəm, qüssə, kədər. Aclıq bir il gedər, möhnət min il. (Ata. sözü). Gərçi, ey dil, yar üçün üz verdi yüz möhnət sana. Füzuli. Düşmüşəm dərdinə, çox möhnətü qayğu çəkirəm; Deyə bilməm sənə, amma elə gizli çəkirəm. M.P.Vaqif. Əfsus, nə şadlıq, nə qəm və möhnət; Açmaz o gözləri dübarə heç vaxt. A.Səhhət. Dedim öz-özümə: – Heç kəs dünyada; Görməsin üzünü möhnətin, qəmin. H.Arif. • Möhnətə salmaq – qəmə-qüssəyə, kədərə düçar etmək. Zəmanə saldı əcəb möhnətü məlalə məni. X.Natəvan. [Afət:] Baş hərəmlik məni saldı möhnətə; Həsrətəm atəşin bir məhəbbətə. M.Rahim. // Müsibət, bəla, afət. Mən aşıq mənə sarı; Baxgilən mənə sarı; Hər yerdə möhnət olsa; Üz verər mənə sarı. (Bayatı). Rövşən etməz, yüz min günəş bərq edə; Bu möhnətə qarələnmiş könlümü. M.V.Vidadi. Ölkələr fəth edən böyük qeysər; Çoxunu qurtarıb o möhnətdən. A.Şaiq.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

möhnət

I. işgəncə, iztirab, bəla
{işkence, ıstırap, bela}

II. dərd, qəm, qüssə, kədər
{dert, gam, hüzün, keder}


Axir izdelgen sözler: