turklehceleri.org

mitil

Türkiye Türkchisi – Tatarche Lughet (Ganiyev, 1998)

mitil

и. ак юрган

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

mitil

is.
1. Yorğanın, döşəyin, balışın alt üzü. Balışa mitil almaq. Mitili təzələmək. Mitili yumaq. – Yorğanın mitili dağılmış, balışüzünün tükləri üzə çıxmışdı. S.Vəliyev.
2. Üzü olmayan, üz çəkilməmiş yorğan, döşək, balış və s. Evin bütün şeylərini elə aparıblar ki, bir quru tikili qalıb, bir də Əzizin özü yatdığı mitil. (Nağıl). [Sərvinaz Şahmara:] Ata-babamız öz üstünə çəkməyə mitil tapmayanda, xaradan qonaq yorğanı düzəltdirib. B.Bayramov. // Sif. mənasında. ..O, üst paltarını çıxarıb bir mitil cındır yorğana büründü. S.S.Axundov.
3. sif. Köhnə, dağılmış, yıpranmış, cındır. Mitil palto. Mitil xalça. Mitil döşəkcə.
4. məc. zar. Tənbəl, aciz, bivec, işə-gücə yaramayan adam haqqında. Mitilin biridir. ‣ Mitili çıxmaq zar. – 1) tamam köhnəlmək, tökülmək, yıpranmaq, cındırı çıxmaq. Şkafın mitili çıxıb. – [Səriyyə xala] mitili çıxmağa başlayan yorğanı uşaqların çiyninə saldı. M.İbrahimov; 2) məc. zar. yorulub əldən düşmək, daha işləməyə halı olmamaq. O qədər işləyib ki, mitili çıxıb. Mitilini bayıra atmaq zar. – kobudcasına qovmaq, çıxarmaq, işdən qovmaq.


Axir izdelgen sözler: