mehtərlik
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
mehtərlik
is.
1. Mehtərin işi, vəzifəsi. [Səfərəli:] Ağa, mən sizə aşpazlıq eyləyəcəyəm, ya mehtərlik? N.Vəzirov. Sarı, Dəmirova müraciət etdikdən sonra əmisi oğlu Qaranı göyxallı atın mehtərliyinə keçirmişdi. S.Rəhimov.
2. köhn. bax. mehtərxana. [Güldəstə:] Rüstəm bəy də nökərləri ilə mehtərliyə girib, rəiyyəti ilə atışır. Ə.Haqverdiyev.