turklehceleri.org

maraq

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

maraq

is.
1. Bir şeyə diqqət, bir şeyi bilmək, öyrənmək həvəsi, meyli, arzusu. Hələ Novruza və çərşənbələrə hazırlanmaq daha da böyük bir maraq təşkil edərdi. Çəmənzəminli. Bibixanımın üzündə bir maraq ifadəsi gəzdi. B.Bayramov. • Maraq etmək (eləmək) – 1) bax. maraqlanmaq; 2) təşviş etmək, narahat olmaq, düşünmək. Saraya girdisə o, etmə maraq; Var səbəb, fitnə-fəsad ondan iraq. A.Şaiq. Maraq göstərmək – həvəs göstərmək, maraqlanmaq. Şirmayı böyüklərin söhbətinə qulaq asmağa sonsuz bir maraq göstərirdi. M.Hüseyn. Maraq oyatmaq (doğurmaq) – həvəs oyatmaq, maraqlandırmaq. Məndə uşaqlıqdan folklora maraq oyadan Yusif əmi olmuşdur. A.Şaiq. Maraqdan düşmək – həvəsi qaçmaq, həvəsi getmək, daha maraqlanmamaq. Keçər aylar, keçər illər, yaz, ey Vaqif, ömür azdır; Düşər bir gün laçın könlüm şeir, sənət marağından. S.Vurğun.
2. Maraqla şəklində zərf – maraqlanaraq, həvəs göstərərək, böyük həvəslə, şövqlə. Maraqla oxumaq. Maraqla baxmaq. Maraqla qulaq asmaq. – Tofiqlə bərabər quşlara maraqla tamaşa etməyə başladılar. M.Rzaquluzadə. Yoldan keçənlər heyrət və maraqla [Dürrəyə] baxırdılar. S.Vəliyev.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

maraq

I. həvəs, meyl, zövq
{heves, ilgi, beğeni}

II. mənafe, xeyir
{menfaat, hayır}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

maraq

alaka, çıkar, ilgi, merak


Axir izdelgen sözler: