mahmız
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
mahmız
is. [ər.]
1. Xoruz və bəzi başqa quşların ayaqlarının arxasında sivri buynuz çıxıntısı. Xoruzun mahmızı sınıb.
2. Minik heyvanlarını mahmızlamaq üçün çəkmənin dabanına taxılan şişdişli kiçicik dəmir çarx. • Mahmız vurmaq – atı, iti yerisin deyə mahmızla vurmaq. İbrahim qızın əlindən tutub, atın tərkinə aldı, ata biriki mahmız vurub, üzünü vətənə sarı çevirdi. (Nağıl). Ağ libas geymiş özgə bir minici; Vurdu mahmız, o da at oynatdı. A.Səhhət.
3. bot. Bəzi bitkilərdə gül kasacığının üzərində nektarın toplanma yeri olan içiboş çıxıntı. Əsbəçiçəyi, bənövşə və bəzi başqa bitkilərin çiçəklərində tac və ya kasacıqdan xüsusi çıxıntı əmələ gəlir ki, oraya nektar maddəsi toplanır, həmin çıxıntıya mahmız deyilir. M.Qasımov.