ləyən
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
ləyən
is. Müxtəlif ehtiyaclar – içində əl-üz və ya paltar yumaq, mürəbbə bişirmək və s. üçün istifadə edilən misdən və ya başqa materiallardan qayrılmış müxtəlif şəkilli dərin qab. [Molla] həmişə ətəyinin altında da bir ləyən gətirib, onu da plovla doldurub evə aparır. Ə.Haqverdiyev. Qapının yanında, ləyənin içində çoxlu təzəcə yuyulmuş paltar vardı. S.Rəhman. Sərvnaz qarı cəld su qızdırıb Nəcəfalı kişinin keyimiş ayaqlarını ləyənə saldı. B.Bayramov.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
ləyən
leğen