ləngimək
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
ləngimək
f.
1. Bir yerdə lazım olduğundan, yaxud bir səbəb üzündən artıq qalmaq, ilişib qalmaq. İki günə getdi, bir həftə ləngidi. – [Çimnaz:] Oğul, Bakıda ləngimə ha! Ə.Əbülhəsən. Sona ilə kəsdikləri şərtə görə [Bəhram] rayonda bir aydan artıq ləngiməməli idi. Ə.Vəliyev.
2. Vaxtında gəlməmək, gecikmək, yubanmaq. [Səlimə:] Heç indiyədək belə ləngidiyi yox idi. Ə.Haqverdiyev. [Şirin:] Rüstəm bəy həmişə müəyyən vaxta neçə dəqiqə qalmış hazır olar, bəs görəsən, bu gün niyə ləngidi? Çəmənzəminli. [Hətəmov katibə:] Bazar ertəsi, bəlkə bir az ləngidim. B.Bayramov. // Dayanıb durmaq, dayanıb gözləmək, ayaq saxlamaq. Qapı ağzında ləngimək. – [Əhməd] lampanı yandırmadan qaranlıq otaqda xeyli ləngidi. S.Rəhimov.
3. məc. Geridə qalmaq, çatmamaq, dala qalmaq. Qaçay sevinirdi ki, mebel hardasa ləngiyir. Kimsə onu yola salmağı unudub. İ.Məlikzadə.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
ləngimək
yavaşımaq, gecikmək, yubanmaq
{yavaşlamak, gecikmek, ihmal etmek}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
ləngimək
geciktirme, geciktirmek, savsaklamak