lil
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
lil
I. is.
1. Dənizin, gölün, çayın dibində olan mineral və ya üzvi hissəciklərdən ibarət çöküntü.
2. Bulanıq suların dibinə çökmüş qara, duru palçıq; lehmə, batlaq. Gəlinlərin balağı; Batır lilə, batlağa. A.Səhhət. Bu çay özü ilə daima lil gətirib, ətrafı batırırdı. S.Rəhimov. // Lilli. Çayın lil suyu burula-burula, yavaş-yavaş axıb gedirdi. C.Məmmədquluzadə.
II. is. Yuyulmuş ağ paltarın rəngini qaytarıb təzələmək üçün ona vurulan göy boyaq; sinka. Suya lil qatmaq.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
lil
cəng, lehmə, bataq
{balçık, çamur, batak}