kəpənək
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
kəpənək
is. Bədən və qanadları toz kimi incə pullarla və cürbəcür rənglərlə bəzənmiş dördqanadlı böcək. ..Bir gözəl kəpənək gəlib Ağca xanımın oturduğu skamyanın üstünə qondu. S.S.Axundov. ..Quşların bir paraları oxumaqda, o biri paraları uçub özləri üçün yem gəzməkdə və kəpənəklər çiçəklərin başına qonmaqda idilər. A.Divanbəyoğlu. Dünya bahar, ömrün yolu gül-çiçək; Uçur güldən-gülə, qonur kəpənək. R.Rza. // Pərvanə.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
kəpənək
kelebek