turklehceleri.org

kələ-kötür

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

kələ-kötür

sif.
1. Üstü hamar olmayan, nahamar; girintili-çıxıntılı (səth haqqında). Kələ-kötür divar. Kələ-kötür daş. – İri kələ-kötür ətəkləri qaratikan kolları ilə döşənmiş dağlar arasında yuxarı qalxdıqca təbiət və hava bütün başqalaşır. A.Şaiq. ..Qayıq fənər işığında aydın görünən boz, kələ-kötür qayaların üç-dörd addımlığında idi. M.Hüseyn.
2. Qaba, kobud, yöndəmsiz, yaraşıqsız, biçimsiz. Kələ-kötür əl. – Dəmirçioğlu baxdı ki, [Koroğlu] bir yekəpər, kələ-kötür adamdı, üz-gözündən zəhm yağır. “Koroğlu”. O barmaqların hamısı, bir-birinə oxşayan kələkötür barmaqlardır. M.S.Ordubadi. // Düzgün olmayan, əyri-üyrü, biçimsiz. Kələ-kötür hərflər və əyri xətlərlə adi şagird dəftərinin dörd vərəqini tutan bu kağız imzasız idi. M.İbrahimov. Bir də ki, kələ-kötür xətlə yazılmış sözləri oxuyub, xeyir xəbər olduğunu gördüm. H.Seyidbəyli.
3. məc. İncəlikdən məhrum; qaba, kobud. [Kərəmov:] Axır zamanlar bir az sən də kələkötür (z.) danışmağa başlamısan. S.Rəhman.
4. məc. Əzablı, əziyyətlə dolu, ağır, əziyyətli. [Firidun] ömrünün kələ-kötür və tikanlı keçmişini deyil, min bir xəyal və ümidlə dolu gələcəyini düşünürdü. M.İbrahimov. “Kələkötürləşdirmək”dən f.is.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

kələ-kötür

pürüz


Axir izdelgen sözler: