kəkil
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
kəkil
is. [fars.]
1. Bəzi quşların başında topa şəklində tük. Fərənin kəkili. Göyərçin kəkili. // At və bəzi başqa heyvanların qulaqları arasından sallanan tük topası. Qara atın kəkili; Tel-tel olub tökülü; Hər yetənə yar desən; Yar bacadan tökülü. (Bayatı). [İlyas Adiləyə:] Axırda ərk ilə [atın] kəkilindən tutub dartdım. Ə.Məmmədxanlı.
2. Kişilərdə: alına tökülən saç. Kəkilini üzünə tökmək. Papağın altından kəkili görünür. – Kəkilə bax, kəkilə; Kəkil üzə tökülə; Qiyamət o gün qopar; Yar gözümdən çəkilə. (Bayatı). // Qırxılmış başın ortasında saxlanan tük topası. Uşağın başında kəkil saxlamaq. – [Cümrü Ağamalının] başının ortasında kəkili olardı. H.Sarabski.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
kəkil
saç, tel
{saç, tel}
Axir izdelgen sözler:
- Lütfen,
- qay,
- Çam,
- cügün,
- shappatilamoq,
- Peçe,
- cakında,
- sınaş,
- coypokto,
- gizlemek,
- kuruñax,
- etagat,
- acknowledged,
- contraception,
- dastkallak,
- Əlli,
- Müavin,
- lövhəli,
- impress,
- -kam,
- üsyankarlıq,
- kəkil