kəhriz
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
kəhriz
is. [fars.] Yeraltı su yolu, su kəməri. Dərədə kəhriz suyu ilə işləyən stansiyanın təzə binası ağarırdı. M.Hüseyn. Yalnız qoşa kəhrizin böyründən gələn araba yolu ilə bir avtomobil sürətlə .. gəlirdi. Mir Cəlal. • Kəhriz vurdurmaq (saldırmaq, çıxartdırmaq) – suyu quyu vasitəsilə yer üzünə çıxartdırmaq. ..Hər dəfə müsəlmanların müsəllaya çıxmaqları ilə Allah yağış yağdırsa, dəxi bundan sonra bir kəs dəli deyil ki, arx çıxartsın, .. kəhriz vurdursun.. C.Məmmədquluzadə.