künfəyəkün
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
künfəyəkün
[ər.]: künfəyəkün etdirmək – alt-üst etdirmək, darmadağın etdirmək. [Məstəli şah:] Xanım, buyurursunuzmu Pariji künfəyəkün etdirim, altını üstünə çevirtdirim. M.F.Axundzadə. Künfəyəkün etmək – alt-üst etmək, darmadağın etmək. [Məşədi:] ..And olsun oğlumun canına, ayda manat bir şahıdan artıq müamilə almamışam. Artıq almışamsa, Allah mənim evim künfəyəkün eyləsin.. Ə.Haqverdiyev. Künfəyəkün olmaq – alt-üst olmaq, darmadağın olmaq; məhv olmaq, dağılmaq. Qərəz, ailə bir neçə ilin içində künfəyəkün oldu. S.Rəhman.