külçə
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
külçə
I. is. Tərkibində metal və metal birləşmələri və ya faydalı minerallar olan maddə, süxur. Dəmir külçəsi. Mis külçəsi.
II. is. Yasda halva ilə paylanan çörək. Sağlığında badam yeməyib, külçəsinə badam vururlar. (Ata. sözü). Qazanla və nimçələrlə plovu, halvanı, külçələri həzm-rabedən keçirən dövlətlilər və mollalar idi. H.Sarabski. [Rəşid:] Həmin kəndli bizim kəndlidir, a kişi, Qara İsrafilin oğludur da. Külçə oğurlayan Fətinin qardaşı oğlu. T.Ş.Simurq. // Xəmiri xüsusi yoğrularaq təndirdə bişirilən üstü naxışlı çörək növü. Külçəyə ədvə vurmaq. Səfər üçün külçə bişirmək.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
külçə
maden