turklehceleri.org

küllənmək

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

küllənmək

məch.
1. Üstünə kül tökülmək, külə batmaq, küllə dolmaq. Xörək küllənmişdi.
2. qayıd. Külə dönmək, kül olmaq. Ocaqda kömür külləndi. – Kabab ocağının közü küllənməyə başladı. Ə.Vəliyev. Hamı dağılışdı. Ocaq səngiyib külləndi. B.Bayramov.
3. məc. Avaralanmaq, boş-bekar gəzmək, vaxtını boş keçirmək, faydalı işlə məşğul olmamaq. [Cəfər:] Biz yazıq da meyit içində, azarlı yanında illərlə küllənirik. Çəmənzəminli. [Rüstəm kişi:] Əə, Salman, burda niyə küllənirsən? – deyib səsləndi. M.İbrahimov. Haradasa otuz il küllənən feldşer beləsindən çox-çox şöhrətli sayılır.. B.Bayramov.


Axir izdelgen sözler: