turklehceleri.org

kövrəltmək

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

kövrəltmək

icb.
1. Kövrək hala salmaq, kövrək etmək.
2. məc. Tez təsirləndirmək, mütəəssir etmək; riqqətləndirmək, doluxsundurmaq. Uşağı kövrəltmək. Ağır xəbər qadını kövrəltdi. – Gəlinin sözləri anasını da kövrəltdi. Çəmənzəminli. [İnci:] Sən məni kövrəltdin, Gülər. S.Rəhman. Qızı təzədən kövrəltməmək üçün Aqil ondan ağlamasının səbəbini də soruşmadı.. Q.İlkin. ‣ Ürəyini (qəlbini) kövrəltmək – bax. ürək. Məsmə oğlunun ürəyini kövrəltmək istəmədi, daha da təsəlli verdi. Mir Cəlal. Hümmətyarın bu cür hərəkət etməsi Xanpərinin qəlbini kövrəltdi. Ə.Vəliyev.


Axir izdelgen sözler: