kölgəli
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
kölgəli
sif.
1. Kölgə salan, kölgəsi olan. Kölgəli qarağac. Kölgəli ağac. – Eldar ətrafa yaxşı bələd olduğundan, yaxında iri, sərin kölgəli bir söyüd ağacını göstərərək: – Gedək, bir az dincələk, – dedi. M.Rzaquluzadə. Odlu mizrabına qurban olum, yar! Çal, səni dinləyir kölgəli dağlar. N.Rəfibəyli.
2. Kölgə düşmüş, kölgə altında olan; kölgə. Kölgəli yer. Kölgəli eyvan. – Kölgəli gen küçə ilə bir qədər gedəndən sonra hambal girdi birinci mehmanxananın dalanına. C.Məmmədquluzadə. Doldu şirin səslərlə; Kölgəli bağ, boz güney. Ə.Cavad.
3. məc. Şübhəli, qaranlıq. Yarməmməd kölgəli keçmişdən uzaqlaşa bilməyən adamlardan idi. M.İbrahimov.
4. məc. Qəm, kədər ifadə edən; məyus, kədərli, qəmli, qəmgin. Kölgəli üz.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
kölgəli
sərin
{serin}