korlamaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
korlamaq
f.
1. Xarab etmək, pis vəziyyətə salmaq, yaramaz hala salmaq; pozmaq. Şeyi korlamaq. Maşını korlamaq. – Sındırıb korlamısan; Oyuncaqları bir-bir. R.Rza. [Vəli:] Bu vaxta kimi beş-altı rol oynamısan, hamısını da korlamısan. S.Rəhman. // məc. Pisləşdirmək, xarablamaq, puça çıxarmaq, alt-üst eləmək. Qız Hüseyn Kürdə yalvarıb dedi: – Sən getmə, çoban adamsan, danışığını bilməzsən, işi daha da korlarsan.. (Nağıl). [Sultan bəy:] ..Mərdimazar oğlu mərdimazar hayandan gəldi isə, bütün işi korladı. Ü.Hacıbəyov. ..Qara kişini bu soyuq hava üşütdü, nəşəsini əməlli-başlı korladı. Ə.Əbülhəsən.
2. məc. Sərfəsiz xərcləmək, sovurub dağıtmaq, puç eləmək; sovurmaq. Pulu korlamaq. – Yaşar iki ayda iki min manatlıq malı korlamışdır. C.Cabbarlı.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
korlamaq
I. xarablamaq, qaralamaq
{kötülemek, karalamak}
II. xərcləmək
{harcamak}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
korlamaq
sakatlamak