turklehceleri.org

komissar

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

komissar

[fr.]
1. Keçmiş SSRİ-də: üzərinə ictimai-siyasi, təşkilati və inzibati vəzifələr həvalə olunmuş rəhbər şəxs (1918 1946-cı illərdə). // Hərbi hissənin döyüş qabiliyyəti və siyasi vəziyyəti üçün komandirlə bərabər cavab verən siyasi rəhbəri (1918-1942-ci illərdə). • Batalyon (polk, divizion və s.) komissarı – 1935-1942-ci illərdə sovet ordusunda hərbi-siyasi işçilərin fərdi adı. Hərbi komissar – hərbi komissarlığın başında duran şəxs, hərbi komissarlığa rəhbərlik edən, hərbi vəzifəlilərin uçotu, orduya çağırışı və s. işlərlə məşğul olan adam. Rayon hərbi komissarı. Xalq komissarı – 1918-1946-cı illərdə hökumət üzvü, xalq komissarlıqlarından birinin başında duran adam.
2. Xarici ölkələrdə: polis vəzifəsini görən məmur.
3. XVII əsrin axırında Fransa burjua inqilabı dövründə: müxtəlif tapşırıqlarla departamentlərə və qoşun hissələrinə göndərilən Konvent nümayəndəsi.

Özbekche—In'gilische Lughet (Dirks, 2005)

komissar

(Russian) commissar.

Uyghurche – Türkiye Türkchisi Lughiti (Kurban, 2016)

komissar

r. Komiser.


Axir izdelgen sözler: