keçici
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
keçici
sif.
1. Hər hansı bir yarışda və s.də yeni qaliblərə, birincilik qazananlara verilən. Keçici kubok. – O kimdir külüngü dağ kimi vurur? Keçici bayraq da yanında durur? S.Vurğun. Görünür qabaqda keçici bayraq; Onun yarış adlı şüarı vardır. H.Arif.
2. Müvəqqəti, ötəri. Keçici yağış. Keçici sevinc. Keçici həvəs. – Bu qara gün keçicidir, bir gün bitər, inləmə; Bağçamızda sarı bülbül yenə ötər, inləmə. A.İldırım. [Bəxtiyar:] Yox, Cəlal, bu qədər hissə qapılmaq; Gəncliyin keçici hissidir, ancaq. S.Vurğun.
3. Bir neçə il davam edən, keçən ildən qalan, gələn ilə qalan. Keçici mövzu. Keçici məbləğ.
4. Yoluxucu, yoluxan, keçən. Keçici xəstəlik.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
keçici
geçici