turklehceleri.org

kağız

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

kağız

is.
1. Üzərində yazı yazılan, yazı çap edilən, rəsm çəkilən, yaxud başqa məqsədlər üçün işlədilən, ağac kütləsindən və s.-dən hazırlanan xüsusi material. – Pul qalmadı, baxmışam hesabə; Getdi qələmə, kağız, kitabə. M.Ə.Sabir. Susuram önündə o şeriyyətin; Ürəyim dolsa da, ağ qalır kağız. M.Araz. • Divar kağızı – evin divarlarına çəkilən üzü naxışlı və ya şəkilli kağız. Papiros (cığara) kağızı – tütün bükmək üçün zərif, yumşaq kağız növü. Sumbata kağızı – bax. sumbata. Suçəkən (suqurulayan) kağız – bax. suçəkən. Şirli kağız – şəkil çəkmək və ya yazı yazmaq üçün üzəri parlaq maddə ilə örtülü kağız növü. // Həmin materialın bir vərəqi, bir parçası. Bir kağız ver, ərizə yazım. – [Mirzə Səfər] stulda əyləşib, qarşısına bir vərəq kağız qoyub, qələm götürdü. Ə.Haqverdiyev. [Mirzə Mehrəli] kağızı dizinin üstə sıxışdıraraq gözlüyün üstündən baxa-baxa yazdı.. Çəmənzəminli. Oturmuş qapıda məktəbli bir qız; Əlində bir qələm, bir parça kağız. S.Vurğun.
2. Məktub. Kağız yazmaq. Kağız göndərmək. – [Mərcan bəy:] Üçüncü dəfə gördüm, tab gətirə bilmədim və bu kağızı sənə yazdım. Ü.Hacıbəyov. Qoy qara kağızım olsun; O kitab dostlara, tanışlara. M.Araz.
3. Rəsmi mahiyyətdə olan hər cür yazılı sənəd. Yaş kağızı. İşıq kağızı. Mərkəzdən kağız gəldi. – [Məmmədcəfər:] Bu birinci kağızlar ki görürsən, qardaşlarımdan ayrılıq kağızlarımdır. Qantəmir. [Gəldiyev] direktor gələndə kağızları kargüzara verdi, imza üçün göndərdi.. Mir Cəlal. // Təliqə. [Aslan bəy:] Qulu, o yerin kağızını aldınmı? Tapşırmışdım hazır eləsinlər. N.Vəzirov. // İltizamnamə. Dilindən kağız vermək. // Arayış, yazılı məlumat. Məmməd Həsənoviç bir məsələ üçün yüz yerdən kağız istərdi.. M.İbrahimov.
4. Adətən cəm şəklində: kağızlar – qiymətli kağızlar (aksiya, istiqraz, banknot və s). Kağızlar qiymətdən düşür.
5. Qumar oynamağa məxsus xüsusi surətdə hazırlanmış kağız parçaları topası; kart. Kağızı kim paylayacaq? Kağızı kəsmək.
6. sif. mənasında. Kağızdan hazırlanmış, kağızdan düzəldilmiş. Kağız kisə. – Qoltuqlarında kağız qovluğu və ya portfel olan çinovniklər, vəkillər girib-çıxırdılar. T.Ş.Simurq. • Kağız pul – kağızdan kəsilmiş pul, kredit bileti. Xəlilin atasından bir balaca, iki otaqdan ibarət ev və iyirmi iki manat kağız pul qalmışdı. Ə.Haqverdiyev. [Məşədi] gündən-günə qiymətdən düşən kağız pulun müqabilində gündən-günə qiymətə minən dupduru qızıl alırdı. S.Rəhimov. ‣ Kağız kimi – ağappaq, qar kimi, lap ağ. Kağız kimi ağarmaq – rəngi qaçmaq (çəkilmək), sifəti ağappaq olmaq. Gövhər qarı gizlincə Şahnaza baxdı. Qızın rəngi kağız kimi ağarmışdı. İ.Şıxlı. Kağız üzərində qalmaq – həyata keçməmək (keçirilməmək), yerinə yetirilməmək, icra olunmamaq. Kağızını almaq dan. – boşanmaq. Kağızını vermək dan. – boşamaq. [Güllü:] Kağızımı ver, kəbinim halal, canım azad. Ə.Haqverdiyev. Dilindən kağız vermək – rəsmən öhdəsinə götürmək.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

kağız

kâğıt


Axir izdelgen sözler: