karet
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
karet
(=kareta) [pol.] köhn. Hər tərəfi örtülü, dördtəkərli, at qoşulan, yaylı minik arabası. Atın köhləni ancaq minik üçün və ya müzəyyən faytonlara və karetalara qoşulmaq üçün saxlanılır. Ə.Haqverdiyev. [Ana:] Qızım karet içində, üzündə duvaq, yanında sağdışı, soldışı otursun. A.Şaiq. Aparsın mənzilə bizi kareta; Orda bir gecəlik qonağım ol sən. S.Vurğun. Şaxtalı küçələrdən keçirdi karetalar. R.Rza.