kamyab
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
kamyab
is. [fars.] klas. Kamına, arzusuna çatan; xoşbəxt, bəxtiyar. • Kamyab olmaq – 1) kamına çatmaq, xoşbəxt olmaq. Aləm oldu şad, bülbül vəsli-güldən kamyab. S.Ə.Şirvani; 2) kam almaq. Alçaq ürəklər olmaya mövtinlə kamiyab; Ruhun da, heykəlin də, məzarın da inqilab! M.S.Ordubadi; 3) fayda götürmək, bəhrəsini götürmək; faydalanmaq. [Kök pişiklər arıq pişiyə deyirlər:] Aşü plovdan oluruq kamyab; Yağlı fətirlər yeyirik, həm qutab. S.Ə.Şirvani. [Nəcəf bəy:] Biri, görürsən, sübhdən axşamadək qarışqa kimi çalışır, .. öz zəhmətinin meyvəsindən kamyab olmayır. Ə.Haqverdiyev.