turklehceleri.org

kamil

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

kamil

sif. [ər.]
1. Nöqsansız, qüsursuz, bitkin, tam, mükəmməl. Kamil əsər. – Cəmali-batinim kamildi, yox bir zərrə nöqsanı; Nə qəm, ey mahi-bimehrim, gər olsa surətim naqis. S.Ə.Şirvani. Olum sadağası bu gözəllərin; Mərifətdə kamil, kamalda dərin. Aşıq Ələsgər.
2. Kamala yetmiş, kamilləşmiş, yetkin. Kamil usta. Kamil sənətkar. // Təcrübəli, mahir. Yanmaqda kamildir, odda səməndər; Mən özüm bu yolun mərdanəsiyəm. Q.Zakir. Maşallah, nə yaxşı qabilsən; Bağçabanlıqda xeyli kamilsən. A.Səhhət. // İs. mənasında. Bu hələ kamilləri; Gör nədir cahilləri. (Ata. sözü). [Əziz bəy:] Xeyr, hazır deyil, axtarırıq ki, bir kamil tapaq, vəkil tutaq. M.F.Axundzadə. Cəng əhməqlə eyləməz aqil; Əqli başında olsa gər kamil. S.Ə.Şirvani.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

kamil

I. yetkin, mükəmməl
{olgun, mükemmel}

II. ləyaqətli, ehtiramlı
{leyakatli, izzetli}

Uyghurche – Türkiye Türkchisi Lughiti (Kurban, 2016)

kamil

a. Kamil, mükemmel, olgun.


Axir izdelgen sözler: