kabinə
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
kabinə
[fr.]
1. Budka şəklində kiçik otaq. Səsvermə kabinəsi. Pilot kabinəsi. Yük maşınının kabinəsi. Telefon kabinəsi. – Endi qəhrəmanım səmadan yerə; Çıxdı kabinədən, daldı göylərə. M.Rahim. Mədəd zor-güc Gülşəni kabinədə oturtdu. Ə.Vəliyev.
2. bax. kabinet 2-ci mənada. Nazir onları öz kabinəsində qəbul etdi. S.Hüseyn. Səhnədə müstəntiqin kabinəsi qarşısındakı otaq göstərilir. S.Rəhman.
3. bax. kabinet 6-cı mənada. [Hacı Səməd xanın] yerinə Tehran kabinəsinin məsləhəti ilə müavini Sərdar Rəşid təyin olundu. M.S.Ordubadi.