turklehceleri.org

iğtişaş

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

iğtişaş

is. [ər.] Qarğaşalıq, qarışıqlıq, hərc-mərclik. İstanbulda 31 martda vaqe olan iğtişaşın nəticəsidir ki, bütün Türkiyənin hər bir nöqtəsində bahalıq üz verdi. C.Məmmədquluzadə. Hətta iğtişaş zamanı böyük-böyük qəzalara düçar olanda bir dəfə də [Hacı Qasımın] qızı üzünü açmağa razı olmamışdı. E.Sultanov. Hər yerdə iğtişaş, hər yerdə üsyan; Alovlu nəğmələr ucalır göyə. S.Rüstəm. • İğtişaş qalxmaq (düşmək) – hərc-mərclik düşmək, qarışıqlıq düşmək, şuluqluq düşmək. Deyirlər ki, Teymurləngin hakimiyyəti illərində bir şəhərdə böyük bir iğtişaş qalxır. “M.N.lətif.” [Nəcmi:] Bu vaxta kimi əlbir-dilbir, asayişlə yaşayan .. bu dinc camaatın arasına nə üçün iğtişaş düşsün? Ə.Əbülhəsən.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

iğtişaş

qarğaşalıq, qarışıqlıq, hərc-mərclik, qarmaqarışıqlıq
{kargaşa, karışıklık, darmadağınıklık, karmakarışıklık}


Axir izdelgen sözler: