iyrənmək
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
iyrənmək
f. Məzac qəbul etməyən, xoşa gəlməyən şeydən ikrah etmək, diksinmək, nifrət etmək, görə bilməmək, çiyrənmək. İyrənmişəm ağzının suyundan; Qatran qoxusu gəlir buyundan. M.Ə.Sabir. ..Zeynəb Xudayar bəydən elə iyrənirdi, necə ki, insan qurbağadan iyrənər. C.Məmmədquluzadə. Mən dünyada hər şeydən artıq yaltaq adamlardan iyrənirəm. M.S.Ordubadi.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
iyrənmək
iğrenmek