turklehceleri.org

ixtira

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

ixtira

is. [ər.]
1. Yaradıcı iş nəticəsində keçmişdə məlum olmayan yeni bir şey tapma, kəşf etmə, yaratma, icad etmə. Parovozun ixtirası. Radionun ixtirası. Elektron maşınlarının ixtirası. – [Fərhadoğlu:] Belə olsun ki, bizim xalqı sevən alimlərin elmi ixtiraları yarımçıq qalmasın. S.Rəhimov. Zəmanəmiz söz zəmanəsi deyil, fənn zəmanəsi, ixtira zəmanəsidir. Mir Cəlal. • İxtira etmək (eləmək) – yaradıcı surətdə çalışaraq, keçmişdə məlum olmayan yeni bir şey yaratmaq, icad etmək, düzəltmək. Yeni maşın ixtira etmək. // Əsasını qoymaq, yaratmaq. Bu qəzet kim olub cahanda buna; Bunu kim ixtira edib, aya? S.Ə.Şirvani. [Yaşar] bu vaxta qədər dörd ixtira eləmişdir. C.Cabbarlı. // Yeni ixtira edilmiş şey, ixtiraçının yaradıcı əməyinin məhsulu olan şey; kəşf. İyirminci əsrin ixtiraları. Mühəndisin yeni ixtirası. – ..Baxmetyevin ixtirasının əsli budur ki, cəmi heyvanat bir dərəcə donmaq halına çatanda yarıdiri olurlar, yarıölü olurlar.. C.Məmmədquluzadə.
2. dan. məc. Uydurma, qondarma. Bu söz sənin ixtirandır. • İxtira etmək məc. – uydurmaq, qondarmaq. [Dostum] tüfəngləri tərifləyib, ixtira etməyi xoşlardı. M.Rzaquluzadə.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

ixtira

I. icad, kəşf, yaratma
{buluş, keşif, yaratma}

II. uydurma, qondarma
{uydurma, yalan}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

ixtira

bulgu, buluş


Axir izdelgen sözler: