turklehceleri.org

ittifaq

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

ittifaq

I. is. [ər.]
1. Ayrı-ayrı şəxslərin, qrupların, cəmiyyətlərin, siniflərin sıx birləşməsi, rabitəsi. Fəhlələrlə kəndlilərin ittifaqı. Xalqların qardaşlıq ittifaqı. // Ümumiyyətlə, birlik, söz birliyi, həmrəylik. Hər işdə çü ittifaq xoşdur; Ağacdə pərü budaq xoşdur. Xətayi. İttifaq və ittihad çox gözəl işdi. “Mol. Nəsr.”. Susdu bülbüllərin nədən, orman?! Pozdumu ittifaqını o xəzan? A.Şaiq. • İttifaq eyləmək köhn. – 1) birləşmək, söz bir eləmək. İttifaq eyləyib diliranə; Durdular kim müqabil aslanə. S.Ə.Şirvani; 2) ünsiyyət yaratmaq, yaxınlaşmaq. Sevdiyim məni dağ eylər; Qeyrilə ittifaq eylər. Q.Zakir.
2. Birlikdə hərəkət etmək və başqa məqsədlər üçün dövlətlər, təşkilatlar arasında dostluq sazişi; birləşmə. Diplomatik ittifaq. Hərbi ittifaq. Ticarət ittifaqı. • İttifaq bağlamaq – aralarında birlik yaratmaq, birləşmək, söz birliyi etmək. İttifaqa girmək – əlbir olmaq, əlaqəyə girmək, birgə iş görmək üçün birləşmək.
3. Bir ümumi ali hakimiyyəti olan bir neçə dövlətin, ərazinin, xalqın, tayfanın və b.-nın dövlət birləşməsi. Qəbilələr ittifaqı. Avstraliya ittifaqı.
4. İctimai təşkilat, birlik. Həmkarlar ittifaqı. Yazıçılar ittifaqı. Rəssamlar ittifaqı. – Məsmə bir ittifaq üzvünün istifadə edə biləcəyi bütün hüquq və imtiyazlardan istifadəyə çalışır. S.Hüseyn. [Qəhrəmanı] bütün müəllim yoldaşları ittifaq sədri seçdilər. S.Rəhimov.
5. İttifaq ilə, ittifaqla şəklində zərf – bax. ittifaqən1. İttifaqla hərəkət etmək. Qərar ittifaqla qəbul edildi. – Hər bir taifə bir sayaq ilə; Çatdı izzətə ittifaq ilə. M.Ə.Sabir.

II. is. [ər.] Qəziyyə, vəqə, əhvalat, hadisə. [Əsgər bəy:] Amma, mən ölüm, inciməyin, yoldaş arasında belə ittifaqlar çox olar. Ə.Haqverdiyev. [Aslan:] Mən bu az ömrümdə nə qədər bədbəxt ittifaqlar görmüşəm. İ.Musabəyov. • İttifaq düşmək (olmaq) – bir hadisə, qəza, iş baş vermək. [Nuxulular:] Hələ ki belə ittifaq düşübdür, biz bilməmişik, indi bunun çarəsi nədir? M.F.Axundzadə. [Cahangir ağa:] Xoca Bəhmənlidə, görəsən, nə ittifaq olub? Ə.Haqverdiyev. [Fəxrəddin bəy:] Bircə de görüm, Səadət səlamətdirmi, nə iş ittifaq düşüb? N.Vəzirov. // Təsadüf, fürsət, məqam, imkan, vaxt. [Ağa Kərim xan:] ..Mənim ixtiyarım yoxdur, belə gözəl ittifaqda onu ərə verəm, ha? N.Vəzirov. Qohumlarda birinin oğlu və o birinin qızı doğulan ittifaqlarda da bu uşaqları beşikkəsmə ad edirlər. R.Əfəndiyev. • İttifaq düşmək – təsadüf düşmək, fürsət ələ keçmək, imkan olmaq. Birdən ittifaq düşdü ki, usta Ağabala .. Ağa Ələsgər ilə gəzməyə çıxdı. Çəmənzəminli. Süleyman bu sözü eşidən kimi təəccüb barmağını dişləyib dedi: – Bəli, dünyada belə işlərə çox ittifaq düşər. Ə.Haqverdiyev.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

ittifaq

I. birlik, həmrə’ylik
{birlik, beraberlik}

II. qəziyyə, əhvalat, hadisə
{olay, serüven, hadise}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

ittifaq

ittifak, sendika


Axir izdelgen sözler: