itbat
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
it-bat
it-bat düşmək – itmək, yoxa çıxmaq, yox olmaq. İt-bat eləmək – yox etmək, aradan götürmək, məhv etmək. Qarı qollarını çırmalayıb, Məlik vəzirin arvadını doğuzdurdu, gördü ki, bu bir oğlan doğdu ki, eynən Yusifi-Kənan. İstədi uşağı it-bat eləyə, baxıb gördü ki, adam çoxdu.. (Nağıl). İt-bat olmaq – yox olmaq, yoxa çıxmaq, aradan qalxmaq, məhv olmaq.