itaət
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
itaət
is. [ər.]
1. Tabe olma, boyun əymə, sözə qulaq asma, göstərişə əməl etmə; tabelik. Ata-anaya itaət. Böyüyə itaət. – [Qaplan:] Əmrinə itaət bir vəzifədir; Verdiyin hər fərman bizə töhfədir. A.Şaiq. Çay üstündə qazı həmçinin vəz edib böyüyün kiçiyə məhəbbəti, kiçiyin böyüyə itaəti barəsində uzun bir söhbət elədi. Ə.Haqverdiyev. Bu səsdə itaət tələb edən bir güc var idi. H.Seyidbəyli. • İtaət etmək (eləmək, qılmaq) – tabe olmaq, əməl etmək, sözə qulaq asmaq. Zeynəb oğlundan .. razıdır. Ondan ötəri ki, Vəliqulu o itaəti ki anasına eləyir, bəlkə atasına eləməzdi. C.Məmmədquluzadə. [Soltan bəy:] Qızım, inad olma, atan nə deyir sən də ona itaət elə. Ü.Hacıbəyov. [Şeyx Sənan:] Get, babandır, Xumar, itaət qıl; Hər nə əmr etsə, dinlə, hörmət qıl! H.Cavid. İtaətdə durmamaq – tabe olmamaq, sözə qulaq asmamaq, özbaşına hərəkət etmək. İtaətdə olmaq – birinin tabeliyində, əmrində, hakimiyyəti altında olmaq. İtaətdən çıxmaq – itaətsizlik etmək, tabe olmamaq; sözə, əmrə, göstərişə əməl etməmək, qulaq asmamaq, başlı-başına hərəkət etmək. [Hacı Murad:] ..Qız mənim itaətimdən çıxa bilməz. S.S.Axundov. İtaətdən çıxan əsgər; Alar ölüm cəzasını. R.Rza.
2. İtaətlə şəklində zərf – müti bir surətdə, itaət edərək; müticəsinə, ehtiramla. Girdman adı gələndə, hamı hörmətlə və itaətlə baş əydi. M.Hüseyn. Soltanı qarabaşlar itaətlə dinlədi. M.Rahim.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
itaət
tabelik, mütilik
{tâbilik, bağlılık}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
itaət
itaat