turklehceleri.org

isti

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

isti

1. sif. Qızdırılmış, isidilmiş, hərarəti artırılmış (soyuq qarşılığı). İsti otaq. İsti ütü. İsti süd. – Hənifə bir əlində tas, o biri əlində isti su ilə dolu vedrə və dolça, tövşüyə-tövşüyə içəri girdi. İ.Hüseynov.
2. is. Xəstəlik halında bədəndə yaranan hərarət, istilik. Xəstənin istisi qalxmışdır. – İstisini ölçüb dərhal; Ana deyir: – Dincəl bir az. M.Dilbazi. [Salama] elə gəldi ki, sinəsindən isti qalxır.. Mir Cəlal.
3. sif. İstilik verən, yandırıcı, qızğın. İsti günəş. İsti şüa. – ..Turab Xəzər dənizindən qalxan od kimi isti günəşdən yorğun gözlərini açdı. M.Hüseyn. Əsla məni döyməsin; İsti günəş, sərt külək. Z.Xəlil. // Hava haqqında. İsti gün. İsti hava. – Nə gözəldir dolaşmaq isti yay fəsilləri; Bu sərin sahilləri. M.Müşfiq. Avqustun ortaları olduğundan hava çox isti idi. İ.Əfəndiyev. İsti yay günləri də Tapdığın intizarını anlayıb tez gəlib keçdi. Ə.Vəliyev. // Mülayim iqlimi olan. İsti ölkələr (cənub ölkələri). // is. Bərk qızmış hava; hərarət, istilik. Heç kəs nə qapıda, nə küçənin bir yanında görünmür. Yəqin ki, istinin zərbindən hərə bir kölgə yerə pənah gətirib. C.Məmmədquluzadə. [Məşədi Qəzənfər:] Yazın istisində harada sərinləyə bilərsən? Ü.Hacıbəyov. Dözülməz isti insanı taqətdən salırdı. Ə.Sadıq. // Cəm halında: istilər – havanın qızmağa başlaması. İstilər düşdü. İstilərin başlanmasına az qalıb. – İstilər düşdükcə başını qaldırıb canlanmış cürbəcür həşərat və milçəklər bu gecə sanki qəsdən daha çox fəaliyyət göstərirdi. M.İbrahimov.
4. sif. Bədəni soyuqdan yaxşı qoruyan; yun. İsti köynək. İsti paltar. İsti corab. – Gecələr yatmayıb hər bir qoçağa; İsti paltar tikdi gəlinlər, qızlar. S.Vurğun. [Zəhranın] ayağında dizdən əsgər çəkməsi, başında isti papağı vardı. Ə.Vəliyev.
5. sif. məc. Hərarətli, mehriban, nəvazişli, oxşayıcı, səmimi. Şux səslərlə dolu isti yuvalar; Daşqın çaylar, durğun göllər bizimdir.. A.Şaiq. Bircə nöqsan tapmayaraq övladının varlığında; Bir can kimi bəsləmişdir məni isti qucağında. S.Rüstəm. [Gülcamal:] Məmmədin səsinə oxşayır bu səs; Onun nəfəsidir bu isti nəfəs! Z.Xəlil. ‣ İsti basmaq – bir işdən, sözdən, hadisədən və s.-dən çox mütəəssir olub özünü istilənmiş kimi hiss etmək. İsti çalmaq – bax. isti basmaq. Bu səsdən məni bir isti çaldı, hərarət bütün bədənimi mum kimi yumşaltdı. Mir Cəlal. İsti vurmaq – günəşin şiddətli təsirindən süstləşmək, əzgin və ya bayğın hala gəlmək. Gorus dağının qaşında Nəbini isti vurur, bir kölgəlik tapıb uzanır. “Qaçaq Nəbi”. İsti yer – sakit, rahat, qazanclı, gəlirli iş, vəzifə, mənasında. O gah getmək istədi, gah da isti yerini soyutmaqdan qorxdu. Mir Cəlal. İsti-soyuq dadmaq (görmək, bilmək və s.) – bax. bərkə-boşa düşmək (“bərk-boş”da). [Məsum kişi:] ..Oxuyanda nə olar, – deyirdi, – uşağın birisidir. Dünyanın işlərini nə qanır. İsti-soyuq dadmayıb. Mir Cəlal. Durna bacı dünyanın isti-soyuğunu yaxşı bilən adamlardan idi. Ə.Sadıq.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

isti

I. hərarət
{hararet}

II. hərarətli, mehriban, səmimi
{hararetli, muhabbetli, samimi}

III. yandırıçı, qızgın
{yakıcı, kızgın}

IV. bürkü
{boğucu}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

isti

sıcak


Axir izdelgen sözler: