turklehceleri.org

islah

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

islah

is. [ər.] Qüsur və nöqsanlarını aradan qaldıraraq yaxşı hala salma, yaxşılaşdırma, düzəltmə, yaxşılaşdırılma, düzəldilmə, düzəlmə. Həzrət Əşrəf bilir ki, maarif, nəqliyyat, ziraət, ticarət və sair işlərimizin islaha böyük ehtiyacı vardır. M.S.Ordubadi. İndi ki sən gördün özün-özünü; İslah yolundasan, oğlan, sən demək. B.Vahabzadə. • İslah etmək – düzəltmək. [Qüdrət:] Məncə, şərtlərdə qüsur yoxdur, qüsuru şəxsən özünüzdə axtarıb tapsanız və onu tezliklə islah etsəniz, həm biz qazanarıq, həm də siz. M.Hüseyn. Müəllimə fikrə gedir; Şagirdinə “iki” yazıb; Nöqsanını islah edir. M.Dilbazi. İslah qılmaq köhn. – bax. islah etmək. Bari xudaya, özün islah qıl; Ta edələr pirü cavan sülh, sülh. M.Ə.Sabir. ‣ İslah evi – cinayətkarları islah etmək üçün xüsusi yer; dustaqxana. Bu danışıqdan sonra hökumət məmurları şəhərə döndülər, dustağı da şəhər islah evinə keçirdilər. E.Sultanov. İslah evi şəhərin bir kənarında, rayon milis idarəsinin yaxınlığında idi. S.Rəhimov.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

islah

düzəltmə, yaxşılaşdırma
{düzeltme, iyileştirme}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

islah

ıslah

Uyghurche – Türkiye Türkchisi Lughiti (Kurban, 2016)

islah

Arlslah, düzeltme, tamir.


Axir izdelgen sözler: