iradə
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
iradə
is. [ər.]
1. İnsan psixikasının, insanın öz qarşısına qoyduğu məqsədə nail olmaq, arzu və istəklərini həyata keçirmək qabiliyyətində təzahür edən xüsusiyyətlərindən biri. İradə qüvvəsi. İradə zəifliyi. – [Doktor:] ..Hər çətinliyi ortadan qaldıran iradədir. A.Şaiq. Min bir əzaba dözdün, iradən sarsılmadı; Qəlbindən hicran yükü daş kimi asılmadı. S.Rüstəm. Əjdər Mirzə Hüseynin sözlərində böyük iradə və inam olduğunu hiss edirdi. S.Rəhman. // Bir şeyi əldə etmək üçün göstərilən səy, cəhd, qeyrət, inad. [Səbirə:] Birdən zərfi əlimdə gördüm. Qaytarmağa iradəm çatmadı. M.Hüseyn.
2. İstək, arzu, könül, tələb. İradəsini yerinə yetirmək.
3. köhn. Əmr, hökm, fərman. // Niyyət, məram. [Vəzir:] A kişi, padşahın iradəsi budur ki, sənin qızını alsın, razısanmı? Ü.Hacıbəyov. • İradə etmək (buyurmaq) köhn. – əmr vermək, hökm etmək, buyurmaq. Pəs o biri rəfiq iradə etdi ki, daxil olsun, onun da halı bu qərar ilə oldu. M.F.Axundzadə.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
iradə
I. istək, dilək, arzu, murad
{istek, dilek, arzu, murat}
II. əzm, ixtiyar
{azim, karar}
III. qeyrət, inad
{gayret, inat}
IV. niyyət, məram
{niyet, meram}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
iradə
irade