iqtiza
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
iqtiza
is. [ər.] klas. Lüzum, lazım olma, zəruriyyət, vaciblik. // Ehtiyac, hacət. Hala məgər iqtizayi-dövran; Oldur ki, ola o gənc pünhan. Füzuli. • İqtiza etmək – 1) tələb etmək, lüzumlu etmək, vacib etmək, ehtiyac doğurmaq. Aciz, yazıq bəşərlərə rəhm etməyən qəza; Səndən məni ayırmağı da etmiş iqtiza. A.Səhhət; 2) müsaidə etmək, imkan vermək. Əgər onların gündüzləri vaxtları iqtiza etmir, bəs axşamlar niyə təşrif gətirmirlər? C.Məmmədquluzadə. İqtizasına görə – bax. iqtizasınca.