turklehceleri.org

inək

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

inək

is.
1. Süd verən iri ev heyvanı, öküzün dişisi. Südlü inək. Qısır inək. İnək qatığı, qaymağı (inək südündən hazırlanan qatıq, qaymaq). – Rəna dərhal qollarını çırmayıb inəyi sağmaq üçün getdi. M.S.Ordubadi. ..Evin sağındakı qocaman qoz ağacı yanında inək mələdi. M.Hüseyn.
2. vulq. Çox kök, yöndəmsiz qadın, yaxud qorxaq və ya küt adam haqqında. ‣ İnək kimi sağmaq – özü üçün gəlir mənbəyi etmək, müntəzəm surətdə birinin pulunu, varını əlindən almaq, sorub çəkmək, istismar etmək. Bir sözlə, Molla Qasım Güllücə kəndini inək kimi sağıb yeyirdi. S.S.Axundov. // İstismar etmək. Hər il inək kimi sağılan torpaq gücdən düşmüşdü. (Qəzetlərdən).

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

inək

inek


Axir izdelgen sözler: