turklehceleri.org

intizar

Türkiye Türkchisi – Tatarche Lughet (Ganiyev, 1998)

intizar

и. интизар, зарыгу

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

intizar

is. [ər.] Həsrət içərisində gözləmə, səbirsizliklə gözləmə. Neçə rəfiqimüvafiqlə əlləşib içə mey; Nə kəsri-məclisimeydən, nə intizarı ola. S.Ə.Şirvani. On beş gün ayrılıq on beş il keçdi; Öldürdü intizar, gözüm yoldadır. Ə.Cavad. İntizar və səbirsizlik yenidən başlandı. Qantəmir. Qurtardı həsrət də, xoş intizar da. B.Vahabzadə. • İntizar çəkmək – bax. intizar qalmaq. Aşıq saza nə qaldı? Ərzəm yazana qaldı; Bülbül intizar çəkər; Görək yaza nə qaldı? (Bayatı). Tülui-mahtab üçün çəkərdim; Dəmadəmdən gecə çox intizarı. Əmani. Adamlar bu saat nəsə bir şey olacaq gümanı ilə intizar çəkirdilər. Mir Cəlal. // Gözləmək. Dağlara çıxmağa həkim qoymayır; İntizar çəkməsin dağ çiçəkləri. N.Rəfibəyli. İntizar qalmaq – nigaran olmaq, nigarançılıqla gözləmək. [Sara Bəhrama:] Bilmirsənmi ki, əmin qızı sənsiz darıxır, həm də intizar qalmışdım. C.Cabbarlı. İntizar qoymaq – gözləməyə məcbur etmək, nigaran qoymaq, gözlətmək. Zülfün tök belə, dilbər; Tumar çək telə, dilbər; Yetər intizar qoydun; Dolan gəl belə, dilbər. (Bayatı). Dedin ki, qoymaram aləmdə intizar səni. S.Ə.Şirvani. İntizar olmaq – bax. intizar qalmaq. Oldular intizar bir saat yarım. H.K.Sanılı. İntizara yetməmək – intizarını çəkdiyini görə bilməmək. Ölürəm qəlbimdə yar nişanası; Gözüm yolda intizara yetmədi. Aşıq Ələsgər. İntizardan qurtarmaq – nigarançılıqdan qurtarmaq, arzusu yerinə yetmək, rahatlanmaq. Bayatı səsi içəri dolanda Pərşan intizardan qurtarmış kimi dərindən sinəsini ötürdü. M.İbrahimov. İntizarında qalmaq, intizarını çəkmək – birini həsrətlə, yaxud nigarançılıqla gözləmək. [Leyla:] Bütün gün intizarında, gözüm həsrətdə qalmışdım. Ü.Hacıbəyov. [Sultan:] Dünyada şad xəbərin intizarını çəkməkdən böyük zövq ola bilməz, qardaşoğlu! İ.Hüseynov.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

intizar

həsrət
{hasret}

Türkmenche Izahliq Lughet (Kyýasowa, 2016)

intizar

[intiza:r], syp. Bir zada zar, birine garaşýan, tama edip göz dikýän. Ilde bir näzenin tapylmaz sençe, Barça älem saňa intizar olar (Seýdi).
 ‣ Intizaryny çekmek zarynlap, ýoluna göz dikmek. Sary donuň geýipsiň, Teläre söýenipsiň, Intizaryň men çekýän, Sen näme saralypsyň? (Küştdepdi).

Uyghurche – Türkiye Türkchisi Lughiti (Kurban, 2016)

intizar

a. İntizar, bekleme. Intizar bolmaq – İntizar olmak.


Axir izdelgen sözler: