incəbel
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
incəbel
(=incəbelli) sif. Beli nazik, zərif. İncəbel qız. – Nigar xanım qabaqda, qırx incəbel qız da dalda dükana tərəf gəlirdi. “Koroğlu”. Böyük qız ucaboylu, incəbelli .. bir gözəl olduğunu sübut edirdi. S.S.Axundov. Bir azdan xurmayı saçlı, incəbel, yaraşıqlı bir qız olan Səriyyə .. gəlib çıxdı. İ.Əfəndiyev.