incitmək
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
incitmək
f.
1. Əziyyət vermək, əzab vermək, işgəncə etmək. Nəbi özündən sonra Mehdini incidəcəklərini düşünür. “Qaçaq Nəbi”. // Yormaq, əldən salmaq, üzmək. Koroğlu iltimas eylər; Bala, incitmə Qıratı! “Koroğlu”.
2. Ağrıtmaq, əziyyət vermək. [Harun:] İncidir yaralarım, yoxdur ümidim özümə. Ü.Hacıbəyov. ..Ayaqlarım yalın olduğuna görə yolun quru kəsəkləri məni incitdi və mən də üst tərəfdə tapdalanmamış bir cığıra düşdüm. A.Divanbəyoğlu.
3. Narahat etmək, narahatlığına səbəb olmaq. Bundan savayı, Bahadırı incidən o oldu ki, vaxtında gedib Tiflisə çatmayacaqdır. N.Nərimanov. Hava sakit olduğundan təyyarəmiz süzüb gedir, heç kəsi incitmirdi. M.İbrahimov. [Körpənin] ağlaması da Gülaranı darıxdırır, incidirdi. Ə.Vəliyev.
4. Küsdürmək, xatirini qırmaq, qəlbinə toxunmaq, narazı salmaq. Şəkilləri çəkmək cəhətindən min doqquz yüz doxsan doqquz mollanı özümüzdən incitmişik. C.Məmmədquluzadə. Fəqət səni burada yalnız bir kəlmə ilə incidəcəyəm.. H.Nəzərli. Osa ömrü boyunca incitmədi bir kəsi. B.Vahabzadə.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
incitmək
acıtmak, gücendirmek