incimək
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
incimək
f.
1. Əziyyət çəkmək, ağrı hiss etmək. Eşqin yolunda qəm verə üz, aşiq inciməz. S.Ə.Şirvani. [Şeyx Səlim] ..varlığını hiss etmirdi, çünki ona daş dəydikdə belə, deyəsən, incimir və qırçınmırdı. M.S.Ordubadi. İncimiş, yorulmuş Gülara artıq harayının heç bir yerə çatmayacağını görüb ala gözlərindən yaş ələməyə başladı. Ə.Vəliyev.
2. Küsmək, qəlbi qırılmaq, sınmaq. Neyləmişəm inciyibsən; Yenə, ey gülbədən, məndən? Q.Zakir. [Hacı Əhməd Almaza:] Ancaq bacıqızı, uzun sözün qısası, biz səndən incimişik. C.Cabbarlı. ..Həmyerlisi [Səməddən] qonaqlıq vermədiyinə görə incimədi. İ.Hüseynov.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
incimək
I. küsmək, sınmaq
{küsmek, kırılmak}
II. ağrımaq, sızlamaq
{ağrımak, sızlamak}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
incimək
gücenmek, incinmek, kırılmak