turklehceleri.org

imkan

Türkiye Türkchisi – Tatarche Lughet (Ganiyev, 1998)

imkan

и. мөмкинлек, ихтималлык; imkan bulundukça мөмкин кадәр □ imkanı yok мөмкин түгел

ercilasun1991

imkan

Türkiye Türkçesi: imkan
Azerbaycan Türkçesi: imkân
Başkurt Türkçesi: mömkinlik mömkinsilik
Kazak Türkçesi: mümkindik mümkinşilik
Kırgız Türkçesi: mümkündük
Özbek Türkçesi: imkàn
Tatar Türkçesi: mömkinlik mömkinçilik
Türkmen Türkçesi: mümkḯnçilik
Uygur Türkçesi: imkan mümkinçilik
Rusça: vozmojnost'

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

imkan

is. [ər.]
1. Hər hansı şərait daxilində bir işin həyata keçirilə bilməsi, mümkünlük, mümkün olma. Nə dildə olsa olsun elm olsun xəlqi-aləmdə; Deyildir bir dilə məxsus, var hər dildə imkanı. S.Ə.Şirvani. ..Kömək etmək imkanı əldə ikən, bu vəzifədən boyun qaçırmaq .. insanlıq sifətini itirmək deməkdir. M.S.Ordubadi. ..Asanlıqla odun gətirməyə imkan vardı. Ə.Əbülhəsən. // Əlverişli şərait. • İmkan gözləmək – bir işi həyata keçirmək üçün əlverişli şəraitin yaranmasını gözləmək, fürsət gözləmək. İmkan olmamaq – mümkün olmamaq, müyəssər olmamaq. Səni görsəm özüm ilə həsədimdən ölərəm; Bu səbəbdən mənə vəslin dəxi imkan olmaz. S.Ə.Şirvani. İmkan tapmaq – bir işi həyata keçirmək üçün əlverişli yol tapmaq, fürsət tapmaq. [Qaçaqlar] kütləvi talana imkan tapa bilmədilər. M.S.Ordubadi. [İnsanlar] boğazlarına keçmiş fəlakət zəncirini qırıb atmağa heç bir yol və imkan tapa bilmirdilər. Ə.Abasov. İmkan verməmək – mane olmaq, yol verməmək, qoymamaq. İmkan yaratmaq (vermək) – bir işi həyata keçirmək üçün əlverişli şərait yaratmaq, yol vermək. Ayıq ol, döyüşə yaratma imkan; Hər kiçik iş üçün tökülməsin qan. A.Şaiq. Qadınına gəldikdə onun yaşaması üçün geniş imkan yaratmalısan. M.S.Ordubadi. İmkan yoxdur – mümkün deyil, ola bilməz, imkan xaricindədir.
2. Bir şeyin həyata keçməsinə kömək edən əlverişli şərait. Maddi imkanlar. Yaşamaq, çalışmaq, oxumaq üçün hər cür imkan və şərait yaranmışdır. – Təsərrüfatın daxili imkanlarından geniş istifadə edilir. (Qəzetlərdən). // İqtidar, qüvvə, vəsait. Mirzə Səfərin vəziyyəti mənə aydın məlumdur və uşaqlarını öz xərci ilə oxutmağa onda imkan var. Ə.Haqverdiyev. ‣ İmkan daxilində – nə qədər imkan varsa, güc çatdığı qədər. ..İmkan daxilində bəzi ədəbi mülahizələr söyləmək istəyirəm. S.Rəhimov. İmkan xaricində olmaq – mümkün olmamaq, həyata keçirməyə güc, bacarıq çatmamaq, bacara bilməmək. ..O zamankı dünyanın ən böyük paytaxtını piyada gəzmək imkan xaricində idi. M.S.Ordubadi.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

imkan

I. mümkünlük
{mümkünlük}

II. iqtidar, qüvvə, vəsait
{güç, kuvvet, olanak}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

imkan

imkân, olanak

Uyghurche – Türkiye Türkchisi Lughiti (Kurban, 2016)

imkan

a. İmkan. Imkani bolsa – İmkanı olsa. Imkani yoq – İmkanı yok.


Axir izdelgen sözler: