iman
Türkiye Türkchisi – Tatarche Lughet (Ganiyev, 1998)
iman
и. иман, ышаныч
ercilasun1991
iman
Türkiye Türkçesi: iman
Azerbaycan Türkçesi: ḯman
Başkurt Türkçesi: iman
Kazak Türkçesi: iyman
Kırgız Türkçesi: ımanimanlyman
Özbek Türkçesi: imàn
Tatar Türkçesi: iman
Türkmen Türkçesi: ḯmãn
Uygur Türkçesi: iman
Rusça: vera
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
iman
is. [ər.]
1. İnanma, dərin inam. [Nüşabə:] Sənə qəlbimdə bir iman vardı; Könlümü şübhə, tərəddüd sardı. A.Şaiq. [Kərimxan:] Hələ də öz imanında möhkəm qalmaq istəyirdi. M.İbrahimov. // İslamiyyətdə: dinə, Allahın birliyinə, peyğəmbərlərə inanma və bunu dillə iqrar etmə; etiqad. Dil zülfilə rüxsarüvə çün qıldı təmaşa; Avarə qalıb küfr ilə iman arasında. Heyran xanım. Bu isə bəs o ləinin də işi qullabıdır; Dini, imanı danıb, yoldan azıbdır, babıdır. M.Ə.Sabir. [Müridlər:] Şeyximiz atdı hökmiQuranı; Şeyximiz satdı dini, imanı. H.Cavid. • İman etmək (bəsləmək, gətirmək) – inanmaq. Beləliklə, [İldırımzadə] Dəmirova .. dərin bir iman bəslərdi. S.Rəhimov. İman əhli – dinə inanan, dini ehkamlara riayət edən, etiqadlı. Dünya görmüş adam (özü də iman əhlinə oxşuyurdu) yenə bir dərin ah çəkib dedi.. C.Məmmədquluzadə. İmana gəlmək – 1) islam dinini qəbul etmək, dönüb müsəlman olmaq (qeyri-müsəlman haqqında). Üzünü görsə əgər gəbrlər imana gələr; Küfrdən əl götürüb rahimüsəlmanə gələr. Q.Zakir. Biçarə Kərimi salma nəzərdən; Əgərçi kafirəm, gəldim imana. Aşıq Kərim; 2) məc. xeyli xahişdən, inandırmadan, təkiddən, səydən sonra razı olmaq, qəbul etmək. İmana gəlmir ki, gəlmir. İmana gətirmək – 1) təbliğat və s. yolu ilə birinə müsəlmanlığı qəbul etdirmək; 2) məc. xeyli xahişdən, inandırmadan, təkiddən, səydən sonra razı olmasına, bir şeyi qəbul etməsinə nail olmaq. İmandan çıxmaq – dindən çıxmaq, dini ehkamları pozmaq. İmanı kamil olmaq – 1) imanı, etiqadı, əqidəsi təmiz olmaq; 2) məc. məqsədinə, məramına çataraq rahat olmaq. O mehrabü minbər qaşlara mail; Olmayanın olmaz imanı kamil. Q.Zakir. [Əsgər Süleymana:] Hərgah bir işi də bilsən, onda imanım kamil olar. Ü.Hacıbəyov. İmanını satmaq – yalandan şahidlik etməklə əqidəsini, məsləyini birinə qurban etmək, satılmaq. İmanını satıb, əppəyinə qatıq eləyir. (Ata. sözü). [Rüstəm bəy:] ..Bax imanımı belə satmışam. S.S.Axundov. İmanını tərəziyə qoymaq – alverdə müştərini aldatmaq, çəkidə aldatmaq. Baqqal qoyar tərəziyə imanın. Q.Zakir. İman-güman – şübhə, zənn, güman. Əntiqə Hacı Rəsulun nəyinə lazımdır? Burada iman-güman çox yerə gedə bilər. Mir Cəlal. Allah imanını kamil eləsin – birinə xeyir-dua məqamında. [Kərbəlayı Xeyransa:] A...a...a... balam, Allah imanını kamil eləsin, ay Məşədi Püstə bacı, mənim heç yadımda yoxdu. H.Sarabski. Sahibiiman – bax. iman əhli. Yox yeni bir dinə yəqinim mənim; Sahibi-imanəm, a şirvanlılar! M.Ə.Sabir.
2. İmanla şəklində zərf – etiqadla, inanaraq. Mən sizə imanla vermişəm könül.. A.Şaiq.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
iman
inanma
{inanma}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
iman
iman
Türkmenche Izahliq Lughet (Kyýasowa, 2016)
iman
[i:ma:n], at. Alla bolan ynam, ynanç. Imanym ýoldaş bolsa, Barsam, Käbäni görsem (Magtymguly).
‣ Iman baýlygyny bersin! Imanly bolsun! Imany äkidenden bolsun! Imany hemra bolsun! dünýäden gaýdan adamynyň ýakyn hossarlaryna gynanç bildirilip aýdylýan söz. Talyby diýr, hemra bolsun imany, Ýasyn çekdi dosty-ýary Myradyň (Talyby). Imanyň göçmek bir zatdan elheder etmek.
Uyghurche – Türkiye Türkchisi Lughiti (Kurban, 2016)
iman
a. İman. Imanimiz kamil – İmanımız kamil. Iman keltürmek – Müslüman olmak (imana gelmek).