turklehceleri.org

ildırım

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

ildırım

is. Havada yığılmış atmosfer elektrikinin çox vaxt əyri-üyrü zolaq şəklində ani parıltısı. İldırım çaxmaq. İldırım vurmaq. – [Almaz:] Bax gör, ildırım necə vurur! C.Cabbarlı. Eyni anda ildırım. çaxıb sel-su axan çölü gündüz kimi işıqlandırdı. İ.Əfəndiyev. ‣ İldırım kimi – çox tez, çox iti, çox cəld, çox sürətlə. İldırım kimi qaçmaq. – At qaratikanlığı yarıb, ildırım kimi süzüb, ilxıçının yanında dayandı. “Koroğlu”. Tamaşa qorxunc bir qəhqəhə çəkərək ildırım kimi çaya tərəf qaçır. S.S.Axundov. Hüseyn pilləkənləri ildırım kimi yuxarı qalxdı. S.Rəhman. İldırım sürəti ilə – çox iti, çox sürətlə, çox tez, çox cəld. İldırım sürəti ilə hərəkət etmək. – [Çopo:] ..[Quzatayın] ordunun qüvvəli bir hissəsini götürərək qarşı dağın arxasına çəkilməsi xəbəri ildırım sürəti ilə yayılmağa başladı. Çəmənzəminli. Buludlar arxasında daldalanıb .. fürsət gözləyən üç “M-109” birdən ildırım sürəti ilə şığıdı. Ə.Vəliyev. İldırım vurmuş kimi – bax. ildırım kimi. İldırım vurmuş kimi yerindən sıçradı, qalxdı. H.Nəzərli. Elə bil ildırım (kimi, təki) vurdu – bərk, şiddətli təsir, sarsıtma mənasında. Şahsənəm bu sözü Qəribdən eşidən kimi elə bil onu ildırım vurdu. “Aşıq Qərib”. [Gülçöhrə:] [Arşınmalçının] gözü gözümə sataşanda, elə bil ki, ildırım kimi məni vurur. Ü.Hacıbəyov. Bu söz ildırımtək onları vurdu; Bağrını kababdan betər qovurdu. H.K.Sanılı. İldırım sipəri – binanı, qurğunu və s.-ni ildırım zərbəsindən qorumaq üçün yerlə birləşdirilmiş şaquli metallik mil şəklində qoruyucu. Üstünə ildırım düşsün (çaxsın) – qarğış, nifrin ifadəsi. [Fatma xanım:] Ay səni öyrədənin üstünə ildırım düşsün! N.Vəzirov.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

ildırım

şimşək
{şimşek}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

ildırım

çakım, yıldırım


Axir izdelgen sözler: